Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:11

ABŞ Şimali Koreyayla danışıqların başlanmasını istəyir


ABŞ Şimali Koreyanın nüvə proqramıyla bağlı ciddi danışıqların tezliklə başlayacağına ümid edir. ABŞ-ın xüsusi elçisi Stephen Bosworth bu gün Cənubi Koreyada, Seulda belə deyib. ABŞ nümayəndəsi Cənubi Koreya rəsmiləri görüşəndən sonra Yaponiya və Çinə də gedəcək.

Noyabr ayında iki dövlət arasında silahlı insidentdən və Pxenyanın gizli bir nüvə obyektinin olduğunu açıqlamasından sonra gərginlik artıb. Həm Seul, həm də Pxenyan danışıqlar aparmağa hazır olduqlarını bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG