Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:46

Günəşin tutulması Azərbaycandan da göründü


Günəş tutulmasının Bakıdan görüntüsü
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Yanvarın 4-də Azərbaycanda Günəş tutulması təxminən saat 11:40-da başlayıb. Bu proses 2 saat çəkəcək.

Azərbaycanda Günəş tutulması təxminən saat 11:40-da başlayıb. Bu proses 2 saat çəkib. Azərbaycandakı Günəş tutulması tam yox, qismən Günəş tutulmasıdır. Bu haqda Azadlıq Radiosuna məlumat verən AMEA-nın Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi bildirib ki, Azərbaycan ərazisi kiçik olduğundan 2 saat müddətində Bakı da daxil olmaqla ölkənin bütün yerlərində qismən tutulma hiss olunacaq.

- Günəş tutulması nə deməkdir?

- Ay, Yer Günəş bir düz xətt üzərində olur. Ay özü orbiti boyda hərəkət edir və Günəşin qarşısından keçir. Günəş diskinin qarşısını tutanda Yer səthinə Ayın kölgəsi düşür. Bu kölgə iki hissədən ibarətdir. Biri tam kölgədir, diametri 270 km-ə yaxın olur. Buna tam tutulma deyilir. Digəri qismən tutulmadır. Azərbaycan ərazisində bugünkü tutulma qismən tutulmadır. Təxminən dikin yarısından bir az çox tutulacaq. Artıq qismən tutulma prosesi başlayır. Bu iki saat çəkəcək, ancaq zəif olacaq. Əsasən şimal rayonlarında düşəcək. Ayın Günəşin qarşısını tutması hadisəsidir ki, onu kölgəsi yeri səthinə düşür. Bu kölgə yerin səthi ilə sürüşür.

Azərbaycan ərazisi kiçik olduğundan Bakı da daxil olmaqla ölkənin bütün yerlərində qismən tutulma hiss olunacaq.

- Adamların çoxu bu prosesi izləməkdə maraqlı olur. Bunu necə müşahidə etmək olar?

- Günəşə adi gözlə baxmaq düzgün deyil. Ona görə ki, gözün hissiyyatını öldürə bilər. Yaxşı olar ki, tünd qara şüşə ilə, yaxud ikiqat qaralmış lentlə gözün qabağına tutmaqla Günəşə baxmaq olar. Bu prosesdə Günəşə çox baxmaq insan gözünə çox pis təsir edər. Tam tutulma maksimum 7 dəqiqə 12 saniyə davam edir. Qismən tutulma isə 2 saata qədər davam edə bilir.

- Belə fikirlər var ki, Günəş tutulmalarından sonra hansısa xoşagəlməz təbiət hadisələri olur. Bu fikirlərin elmi əsasları varmı?

- Əslində bu hadisələr heç də üst-üstə düşmür. Günəş tutulması təbii bir hadisədir. Yerin və Ayın hərəkəti ilə bağlıdır. Ay sadəcə onun qarşısından keçərkən kölgəsini salır. Burda bir hadisə yoxdur. Lakin bəzən yerin daxilində güclü proseslər gedərsə, bu ilk üç cismin bir düz xətt üzərində olması qabarma qüvvəsi yarada bilir. Qabarma qüvvəsi yaratması nəticəsində rezonans hadisələr ola bilər.

- Hansı rezonans hadisələr?

- Yəni hansısa bir hadisəni gücləndirə, tezləşdirə bilər. Ancaq o hadisəni özü yaratmır. Yerin daxilində bir hadisə baş verirsə, məsələn, zəlzələnin hansısa bir prosesində ona sadəcə təkan verə bilər. Ancaq onu yaratmır. Heç bir ziyanı yoxdur. Qorxusu da yoxdur.

- Bəs elm üçün hansı faydaları var?

- Faydası odur ki, tam tutulma olanda alimlər qarşılarına qoyduqları məsələləri həll edə bilirlər. Çünki bu təbii bir hadisədir. Günəş diskinin qarşısının tutulması Günəş ətrafında olan hadisələri öyrənməyə geniş imkan verir. Bu həmişə maraq kəsb edib. indi də maraq kəsb edir.

- Bəs, bu qismən Günəş tutulmasından bizim alimlər nə öyrənəcəklər?


- Bu qismən tutulma bizim üçün o qədər də maraqlı deyil. Ona görə ki, tutulma zamanı Günəşin tac hissəsi öyrənilir. Həmin tutulmanın mahiyyəti ondadır ki, Günəşin özünün şüaları yox, onun ətrafındakı qaz hissəciklərini şüaları görünür. Orada gedən proseslər öyrənilir. Ona görə də bu daha maraqlıdır. Qismən tutulmada isə Günəş şüaları qarışır. Ona görə də bizim üçün o qədər də əhəmiyyət kəsb etmir.

Azərbaycanda sonuncu dəfə tam Günəş tutulması 1998-ci ildə, qismən Günəş tutulması isə 2005-ci ildə müşahidə olunub.
XS
SM
MD
LG