Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Demokratik seçki əlçatmaz deyil?


"Növbədə mənəm"
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

"Müsbət Dəyişiklik" Gənclər Hərəkatı növbə mədəniyyətini təbliğ edən aksiya keçirib. Hazırladı: Durna Səfərli

“Bu gün azad, demokratik, şəffaf seçki keçirdik. MSK sədri olaraq seçkilərin ən yüksək səviyyədə keçməsinə (elektron səsvermə, vaxtından əvvəl səsvermə, təbliğat, toplaşmaq azadlığı və s.) çalışdım və məncə nail oldum. Azərbaycanda demokratik seçki keçirmək mümkün imiş. Amma hələ ki, bir təşkilat səviyyəsində”.

Bu, Bəxtiyar Hacıyevin fikridir. O, 7 noyabr parlament seçkilərində deputatlığa namizəd olmuşdu. Seçki haqqında dediyi fikirlər isə Müsbət Dəyişiklik (MD) gənclər hərəkatının idarə heyəti və digər postlarına seçkilər keçirilməsi ilə bağlı idi.

“Müsbət Dəyişiklik” seçki kampaniyası zamanı Bəxtiyar Hacıyevin şüarı idi, indi isə kampaniya zamanı ona könüllü kömək edən gənclərin yaratdığı hərəkatın adıdır.

BİZƏ QOŞULMAQ İSTƏYƏNLƏR ÇOXALIR

“Müsbət Dəyişiklik” GH üzvü Mahmud Nəsirov:

"Müsbət Dəyişikliik" Gənclər Hərəkatının üzvləri
“Hərəkatımızın üzvlərinin əksəriyyəti deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin seçki kampaniyasında iştirak etmiş gənclərdir. Seçki kampaniyası bitdikdən sonra müsbət ideyalarla bir araya gəlmiş öz birliklərini, səmimi münasibətlərini qorumaq qərarına gəldilər”.

Hazırda gənclər hərəkatının 50 üzvü var. Üzvlərdən Murad İbrahimov deyir ki, ilk aksiyalarından sonra onlara qoşulmaq istəyənlərin sayı artır:

“Seçki kampaniyasında bizə qoşulan gənclərin sayı çox idi. İşləyən insanlar, tələbələr seçki müddətində öz zamanlarını ayarlamışdılar. Hazırda isə 50 üzvümüz var. Bizə qoşulmaq istəyən gənclər çoxalır. Hətta aksiyalar başlayandan sonra çoxlu e-mailar alırıq”.

MD sıralarında partiya mənsubiyyətli, başqa təşkilatlardan olan gənclər də var. Şahnaz Həsənova:

“Bizim partiya üzvlüyü olan gənclər də var, bitərəf gənclər də. Buna senzura yoxdur, əsas odur ki, o uşaqlar müsbət dəyişiklik istəsinlər”.

HƏR ADDIMDA SEÇKİ...


Şahnaz Həsənova deyir ki, Azərbaycanda demokratik seçki ənənəsini təşkilat səviyyəsində hər məqamda tətbiq etməyə çalışırlar:

“Biz nəinki idarə heyətini, hətta hər hansı adı, aksiyanı müəyyənləşdirəndə belə səsvermə keçirdik. Azərbaycanda daha demokratik bir seçki ənənəsi kimi kiçik bir təşkilatda çox gözəl
Gənclər dayanacaqda növbə mədəniyyəti nümayiş etdirir
keçdi”.

Gənclər idarə heyətinə namizədləri seçəndə debatlar da təşkil ediblər. Murad İbrahimov:

“Hətta seçkidən əvvəl ənənəni pozmamaq üçün hər departamentdən namizədlər var idi. Həmin namizədlərə efir vaxtı verdik, onlar üzvlərimizin qarşısında çıxıb öz platformalarını dedilər.

CƏMİYYƏTİ HAZIRLAMAQ LAZIMDIR

Murad İbrahimov deyir ki, demokratik seçki keçirmək əlçatmaz deyil, sadəcə buna hazırlaşmaq lazımdır:

“Azərbaycanda demokratik seçkiyə nail olmaq üçün cəmiyyəti buna hazırlamaq lazımdır. Son seçkidə yaxından iştirak etmişdik, biz hiss edirdik ki, cəmiyyətin böyük bir hissəsi seçkiyə inamını itirib, gəlmirlər seçkiyə”.

“NÖVBƏDƏ MƏNƏM”

“Müsbət Dəyişiklik” GH fəaliyyətinə “Növbədə mənəm” aksiyasıyla başladı. Azərbaycanda növbə mədəniyyətinin aşağı səviyyədə olduğunu düşünən gənclər şəhərin müxtəlif yerlərində insanların diqqətini cəlb edib. Mahmud Nəsirov:

“Biz ictimai müsbət dəyişikliklərə nail olmaq üçün düşündük ki, cəmiyyətimizdə qarşımıza çox çıxan problemlərdən başlaya bilərik. Bankomatların qarşısında, metroda, ictimai nəqliyyatda bu problem qarşımıza çıxır İlk olaraq növbə mədəniyyətindən başlamaq qərarına gəldik. Növbədə durmağı təbliğ edirdik. Gənclər deyirdi ki, biz növbədə dururuq, amma yaşlı nəsil növbəni pozur.
Növbə mədəniyyəti sağda və solda
Yaşlılarla söhbət edəndə onlar da deyirdi ki, növbəni cavanlar pozur, gedin onlarla danışın”.

“BU CƏMİYYƏT HEÇ VAXT DÜZƏLMƏZ” DEYƏNLƏRƏ...

Şahnaz Həsənova deyir ki, aksiya zamanı insanların reaksiyasından bəlli olurdu ki, bu, hamı üçün aktual problemdir.

Mahmud Nəsirovun fikrincə, “Növbədə mənəm” aksiyası onu göstərdi ki, cəmiyyətdə müsbət dəyişiklik etmək mümkündür:

“Bizim gənclər növbəyə durandan 5 dəqiqə sonra ictimaiyyət nümayəndələri də növbəylə durublar. Bu, onların artıq bizim mesajımıza müsbət reaksiyasını göstərir. Müsbət dəyişikliyin mümkünlüyünü göstərir. “Bu cəmiyyət heç vaxt düzəlməz” stereotiplərə heç ehtiyac yoxdur”.
XS
SM
MD
LG