Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:59

Yasamal polisinin yeni rəisi



Bakının Yasamal Rayon Polis İdarəsinə yeni rəis təyin olunub. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Tərtər Rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov Nizami rayon Polis İdarəsinə rəis təyin edilib. Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynov və idarənin xidmət üzrə rəisi müavini Vəli Abbasov işdə yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər.
XS
SM
MD
LG