Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

Kabulda partlayış olub



Əfqanıstanın paytaxtı Kabulda partlayış nəticəsində bir yerli polis ölüb, üç sakin yaralanıb. Polis bildirir ki, partlayıcı maddə olan çanta körpü yaxınlığında yerləşdirilib, amma hədəfin nə olduğu məlum deyil.

Kabulda sentyabrda keçirilən parlament seçkisindən əvvəl təhlükəsizlik əsgərlərindən ibarət "polad üzüyü"n tətbiqi bu şəhərə hücumların sayını azaldıb.

Ötən ay iki silahlı intiharçı əfqan əsgərlərinin olduğu avtobusa hücum etmişdi və nəticədə 5 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.
XS
SM
MD
LG