Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

İran ABŞ-dan qayıdan özünün nüvə alimini həbs edib


İnternet saytlarının xəbərlərinə görə İran keçən il ABŞ-dan “qaçdığı” üçün qəhrəman kimi qarşıladığı nüvə fizikası sahəsində alim Şahram Amirini həbs edib.

Amiri iddia edirdi ki, onu Səudiyyə Ərəbistanına ziyarətə gedərkən ABŞ kəşfiyyatı qaçırıb. Dediyinə görə ABŞ kəşfiyyatı ondan İranın nüvə proqramı haqqında məlumatlar almağa çalışıb, amma necəsə kəşfiyyatçıların əlindən qaça bilib.

ABŞ rəsmiləri isə bildirmişdilər ki, Amiri özü beş milyon dollar aldıqdan sonra ABŞ-la könüllü əməkdaşlıq edib.

Iranbriefing.net saytının yazdığına görə 2010-cu ilin iyulunda ABŞ-dan İrana dönədndən sonra əvvəlcə təhlükəsiz bir evə yerləşdirilib. Sonra isə Tehranın Heşmatieh həbsxanasına aparılıb. Sayt alimin tez-tez döyüldüyü üçün bir həftə hərbi xəstəxanada müalicə edildiyini yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG