Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

Keçən il təbii fəlakətlərdən 295 000 adam həlak olub


Dünyanın ən böyük təkrar sığorta şirkəti olan Munich Re şirkəti 2010-cu ildə təbii fəlakətlərdən 295 000 adamın həlak olduğunu, 130 milyard dollar ziyan dəydiyini bildirib. Şirkətin məlumatına görə il ərzində 950 təbii fəlakət baş verib. 2010-cu il 1980-ci ildən bu yana ən çox fəlakətlərin baş verdiyi il kimi tarixə düşüb.

Şirkət təkcə 2010-cu ilin yanvarında Haitidə baş verən zəlzələdə ölənlərin sayının 222 570 nəfər olduğunu bildirir.

Keçən ay Çilidə baş verən zəlzələ isə ən çox maddi ziyan vuran fəlakət olub. Həmin zəlzələdə bu ölkəyə 30 milyard dollar ziyan dəyib.

Munich Re qeyd edir ki, 2010-cu ildə baş vermiş təbbi fəlakətlərin sayca ən çoxu hava şəraiti ilə bağlı olub. Şirkət bunu iqlim dəyişməsinin gətirdiyi bəlaların bir əlaməti kimi qiymətləndirir.
XS
SM
MD
LG