Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

ATƏT öz ofisi üçün Belorusla danışıqlara başlayır


ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronius Azubalis yanvarın 3-də bildirib ki, qurumun Belorusda fəaliyyətini davam etdirməsi üçün Minsklə danışıqlara başlayıblar. Nazir Belorusun ATƏT-in bu ölkədə mandatını uzatmamaq qərarında təəssüfləndiklərini, indi hər tərəf məqbul variantı tapmağa çalışdıqlarını deyir.

ATƏT-in ofisi 1998-ci ildən Minskdə fəaliyyət göstərir. Onun mandatı hər il 56 üzv dövlət tərəfindən təsdiq edilməlidir.

Belorus müddəti 2010-cu il dekabrın 31-də başa çatmış bu missiyanın uzadılmaması barədə qərar verib.
ATƏT-in müşahidə missiyası dekabrın 19-da Belorusda keçirilən prezident seçkisində ciddi qanun pozuntuları olduğunu bildirib. Rəsmi məlumata görə həmin seçkidə yenə də Aleksandr Lukaşenko qalib gəlib. Seçkinin saxtalaşdırılmasına etiraz edən 600-dən çox müxalifətçi, o cümlədən də prezidentliyə namizədlər həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG