Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:17

Dövlət qulluqçularının sayı ən azı 20 faizə qədər azaldılacaq


2013-cü ilə qədər Rusiyada dövlət qulluqçularının sayı ən azı 20 faizə qədər azaldılacaq.

Rusiya prezidenti Dmitri Medvedevin yanvarın 3-də imzaladığı “Federal mülki dövlət qulluqçuları və federal dövlət orqanları əməkdaşlarının sayının optimallaşdırılması” fərmanında belə qeyd edilir.

Fərmana görə, mülki dövlət qulluqçuları və federal dövlət orqanları əməkdaşlarının azaldılması mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələ 2011-2012-ci illəri əhatə edir. Bu mərhələdə 5 faiz, 2013-cü ildə isə mülki dövlət qulluqçularının sayının 10 faiz azaldılması nəzərdə tutulur.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda da belə bir addımın atılmasına ehtiyac var:

“Təxmini məlumatlara görə, Azərbaycanda dövlət orqanlarında çalışanların sayı 35 min nəfərdən çoxdur. Bu, çoxdur və Azərbaycanda da dövlət orqanlarında çalışan əməkdaşların sayının optimallaşdırılmasına ehtiyac var”.

Büdcə gəlirləri artdıqca, dövlət xərclərinin də artdığını bildirən iqtisadçı deyir ki, bu, daha çox son illər bir-birini təkrar edən strukturların yaradılması ilə müşahidə olunur.
XS
SM
MD
LG