Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

Prezidentin Qəbələyə səfəri yolların bağlanmasına səbəb oldu


Yalnız yol açılandan sonra polislər hərəkətin məhdudlaşdırılmasının prezident İlham Əliyevin Qəbələyə səfəri ilə bağlı olduğunu bildiriblər

Yalnız yol açılandan sonra polislər hərəkətin məhdudlaşdırılmasının prezident İlham Əliyevin Qəbələyə səfəri ilə bağlı olduğunu bildiriblər

Yanvarın 3-ü İsmayıllı-Bakı avtomobil yolu iki saata yaxın bağlı olub.

Bu barədə AzadlıqRadiosuna İsmayıllıdan Bakıya gələn sərnişin Elnur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, təxminən 100-ə qədər maşın iki saata yaxın yolun açılmasını gözləyib:

«Yolun nəyə görə bağlanması ilə bağlı heç bir məlumat verilmirdi. Mənzil başına vaxtında çata bilmədiyi üçün hamı narahat idi».

Elnur Abdullayevin sözlərinə görə, yalnız yol açılandan sonra polislər hərəkətin məhdudlaşdırılmasının prezident İlham Əliyevin Qəbələyə səfəri ilə bağlı olduğunu bildiriblər.

Qəbələdən aldığımız məlumata görə, artıq prezident rayondadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG