Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Belorusda prezidentliyə namizəd həbsdən buraxılıb


Belorusda həbsdə saxlanan prezidentliyə namizədlərdən biri azad edilib. Vital Rymasheuski dekabrın 31-dən yanvarın 1-ə keçən gecə buraxılıb. Amma onun rəhbərlik etdiyi Xristian Demokrat Partiyası yalnız yanvarın 3-də məlumat verib.

Keçmiş namizədin Minski tərk etməmək şərti ilə azad edildiyi deyilir.

Dekabrın 19-da keçirilmiş prezident seçkisində əvvəlki prezident Aleksandr Lukaşenko qalib elan edilib. Seçkinin saxtalaşdırldığını bildirən müxalifətin keçirdiyi etiraz aksiyalarını hökumət qüvvələri dağıdıb, prezidentliyə namizədlər də daxil olmaqla 600-dən çox adamə həbs edib. Onların çoxuna kütləvi iğtişaşların təşkili ittihamı ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG