Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:11
«Əhalinin pul gəlirləri 12 faiz artıb». Prezident İlham Əliyev ötən ilin son günü - dekabrın 31-də ənənəvi televiziya çıxışında belə deyib.

«İŞ YOXDU Kİ, İŞLƏYƏK HİSS EDƏK»


Bəs sıravi vətəndaş bu artımı hiss edibmi?

- Yox, mən hiss etməmişəm. Çünki iş yoxdu ki, işləyək hiss edək.

- Bəs evdə işləyən varmı?

- Yoldaşım işləyir. Onlara da söz veriblər ki, yanvardan artım olacaq.

- Sizin pul gəlirlərinizdə artım olubmu?

- Olub. Amma hələ verməyiblər. Təqaüdü on faiz artırıblar.

- Evdəkilərin gəlirlərində artım olubmu?

- Olub, on manat. Çox azdı. Bu gün yaşayış üçün çox azdı. Qiymət artımı olmasa birtəhər dolanmaq olar. Prezidentimiz maaşları bir az artırsa yaxşı olardı.

- Ötən il gəliriniz artdımı?


- Belə də. Pis olmadı.

- Nə qədər artdı?

- Onu deyə bilmərəm.

Məhəmməd Talıblı
- Elə həminkidi. Nə artıb, nə azalıb.

- Amma prezident deyir ki, keçən il əhalinin pul gəlirləri 12 faiz artıb.

- Mənimki artmayıbsa, başqalarınınkı artıb.

- Demək olar ki, artım olmayıb. 150 manat alıram. Görək də, deyirlər artım olmalıdır. Gözləyirik. Səbirsizliklə.

«RƏSMİ RƏQƏMLƏ ORTA AZƏRBAYCANLININ HƏYATI ARASINDA UÇURUM VAR»

İqtisadçı ekspert Məhəmməd Talıblı belə deyir. Onun sözlərinə görə, söz yox, ölkədə gəlirləri artan bir zümrə də var. Amma bu, büdcədən dolananlar deyil. Gəliri artansa ölkə əhalisinin heç yarısını da eləmir.

İqtisadçı deyir ki, orta əməkhaqqının formalaşmasında neft və qeyri-neft sektorunun öz payı var.

Azərbaycanda neft sektorunda ortalama əməkhaqqı 1000-1200 manat arasında dəyişir. Amma qeyri-neft sektorunda orta əməkhaqqı yetərincə aşağıdır, bundan təxminən 7-8 dəfə azdır. Bu da firəvan həyat üçün yetərli deyil:

«Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə makroiqtisadi sahələr üzrə iqtisadi artım tempi var.

Zöhrab İsmayıl
Amma ümumilikdə ölkə əhalisinin həyat tərzində, sosial rifahında bu sezilmir. Komitənin rəsmi rəqəmləriylə ölkədəki orta azərbaycanlının həyatında böyük fərq və uçurum var».

«ORTA ƏMƏKHAQQI İLƏ İNFLYASİYA BƏRABƏRDİR»

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl da bu fikirdədir ki, ötən il əhalinin pul gəlirlərində ciddi artım olmayıb. Olsa belə, inflyasiyanın yeminə çevrilib:

«Orta əməkhaqqı ilə inflyasiyanı müqayisə edəndə bərabər çıxır. Orta əməkhaqqı 7,4 faiz artıb, inflyasiya 7,1 faiz. Ona görə insanların varlandığını deyə bilmərik».

«VƏTƏNDAŞ BUNU GÖRMÜRSƏ...»


Məhəmməd Talıblının qənaətincə, statistik rəqəmlərlə əhalinin qarnını doyurmaq olmaz. Hökumət elə edə bilər ki, Məmmədhüseyn əmi də bunu süfrəsində, həyatında hiss eləsin:

«Adi vətəndaşa maraqlıdır ki, ölkədəki rifahın yaxşılaşması süfrəsində təzahür etsin. Yəni həm süfrəsində, həm həyat tərzində, həm pensiyasında, başqa ödənişlərdə bunu hiss etmirsə, görmürsə, neft gəlirlərinin və ya qaz hasilatının artımı haqda deyilənlər vətəndaş üçün əhəmiyyət kəsb etmir. Bu, sadəcə hesabatdan başqa bir şey deyil».

Şərhləri göstər

XS
SM
MD
LG