Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

Rusiya özünün TU-154B təyyarələrinin istifadəsini dayandırdı


Rusiyanın nəqliyyat sahəsinə nəzarət edən Rostransnadzor ölkənin hava yolları şirkətlərinə Tu-154B təyyarələrinin istifadə edilməsini dayandırmaq göstərişi verib.

Ötən şənbə günü bu tip bir sərnişin təyyarəsinin Surqut hava limanında yanması nəticəsində üç nəfər həlak olub, 43 nəfər də yaralanıb. 124 nəfəri daşıyan təyyarə hələ hava limanında qalxmaq üçün starst qaçışında partlayıb.

Hələlik hadisənin səbəbləri dəqiq məlum deyil. Amma Rostransnadzor məsələ araşdırılana qədər bu təyyarələrin istifadə edilməsini qadağan edib.

Tu-154B Rusiyanın istehsalı olan Tu-154 təyyarələrinin bir variantıdır. Onlar 1970-ci illərdən bu yana istifadə olunur.

"Azərbaycan Hava Yolları" – AZAL da dekabrın 24-dən Rusiya istehsalı olan təyyarələrin istismarını dayandırıb. Şirkətin yalnız Bakı-Naxçıvan-Bakı marşrutu ilə uçan təyyarələri bu tipdən idi.

Dekabrın 24-də AZAL elan edib ki, daha Naxçıvana da "Aerobus-319", "Aerobus-320" və "Boinq-757" tipli təyyarələri uçacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG