Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Yanvarda Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşəcək


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin yanvar ayında görüşü gözlənilir.
Bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, görüşüb
Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini bir daha müzakirə etmək istəyirlər.
“Hesab edirik ki, yanvarda növbəti görüşü keçirib, daha irəliyə doğru necə addım atmaqla bağlı prezidentlərə məruzə edək”-deyən Lavrov bildirib.

Rusiyalı nazir növbəti görüşün harada keçiriləcəyi barədə bir söz deməyib.

Azərbaycan xarici işlər nazirliyindən isə nazirlərin görüşü ilə bağlı onlarda konkret məlumatın olmadığını bildirdilər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2010-cu il noyabrın 22-də Moskvada görüşüblər. Görüş Rusiyanın xarici işlər naziri S.Lavrovun təşəbbüsü ilə baş tutmuşdu.
XS
SM
MD
LG