Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:38

Yanvarın 23-də sınaq imtahanları başlayır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də sınaq imtahanlarına başlayır.

Bu imtahanlar ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün nəzərdə tutulur. TQDK-nın internet səhifəsində yerləşdirilən məlumata görə, sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək.

Yazılış yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər.

Sonrakı sınaq imtahanlarının isə müntəzəm olaraq aprel ayından keçirilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG