Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

Adyazar qayıdır


Bir müddət qabaq fəaliyyətini dayandıran Adyazar.az saytı yanvarın 8-dən etibarən yenidən səhifələrini yazarların üzünə açır.

Bu barədə "Oxu zalı"na saytın yeni redaktoru Rövşən Danyeri bildirib.

Onun sözlərinə görə, əgər əvvəllər sayt Azad Yazarlar Ocağının idisə və bir qayda olaraq sözügedən quruma üzv olan yazarların əsərlərini dərc edirdisə, bundan sonra sayta bütün ədəbi qrupların nümayəndələri, o cümlədən AYO-nun daim tənqid etdiyi Azərbaycan Yazıçılar Birıliyinin üzvləri də müraciət edə bilərlər.

"Biz AYO-nun orqanı kimi yox, müstəqil portal kimi fəaliyyət göstərəcəyik".

R.Danyeri deyir ki, saytda "Debat", "Müsahibə" kimi yeni bölümlər də yaradılıb.

Redaktor bildirir ki, saytı onunla birlikdə başqa bir redaktor - İlkin Qasımov da idarə edəcək.

"Portalı bundan qabaq idarə etmiş Rasim Qaraca yenə də baş redaktor olaraq qalacaq, amma işin idarə olunması, qərarların verilməsi ilə biz məşğul olacağıq. Rasim bəy bu işdə daha çox bir məsləhətçi olacaq".

O ki qaldı R.Danyerinin özünə o, yazıçı deyil və bildirir ki, saytı daha çox bir jurnalist kimi idarə edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG