Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47
2011-ci ildə 365 günün 125 günü qeyri-iş günüdür. Bunlardan 105-i ənənəvi bazar və şənbə günləri, 18-i isə bayram günləridir.

2011-ci ilin ən çox istirahət günü mart ayına təsadüf edir. Belə ki, bu ayda 13 qeyri-iş günü var.

2011-ci ildə qeyri-iş günlərinin çoxluğu, bayramların şənbə və bazar günləri ilə üstüstə düşməsi ilə bağlıdır.

Azərbaycan qanunvericiliyinə görə, əgər bayramlar həftə sonlarına təsadüf edirsə, onda bayram günləri sonrakı iş günlərinə keçirilir.

Martın 20-si bazar gününə düşdüyündən builki Novruz bayramında 6, Qurban bayramında 3, Respublika Günündə 3, Ordu və Ramazan bayramlarında isə müvafiq olaraq iki gün qeyri-iş günləridir.

İSTİRAHƏTİN TƏŞKİLİ İLƏ BAĞLI PROBLEMLƏR VAR

Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyri-iş günlərinin çoxluğunu yaxşı əlamət saymır. Onun fikrincə, Azərbaycan hələlik uzunmüddətli tətillərə hazır deyil.

S.Məmmədov deyir ki, istirahət günləri verilsə də, onun təşkili ilə bağlı problemlər var:

“İstirahət günü o demək deyil ki, adamlar sutkalarla evdə oturub iş gününü gözləsinlər. Bunun üçün müvafiq infrastruktur olmalıdır. Amma hələ ki Azərbaycanda istirahət üçün infrastruktur yoxdur. Əhalinin pul gəlirləri o qədər də çox deyil ki, əksəriyyət xaricə istirahətə getsin, ölkə daxilində də qiymətlər çox bahadır. Bu baxımdan da adamlar oturub gözləyirlər ki, bayram günləri nə vaxt bitəcək. Avropa ölkələrinə baxın, ailələr müvafiq ənənəyə uyğun istirahətlərini təşkil edirlər”.

Bayram günlərinin çoxluğunun həm də işgüzarlığı aşağı saldığını deyən liqa rəhbəri, hesab edir ki, uzunmüddətli istirahət günləri ilə bağlı məsələ tənzimlənməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG