Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35
«Panorama» verilişində politoloqlar Zərdüşt Əlizadə və Eldar Namazov Azərbaycanda 2011-ci illə bağlı gözləntilərini dilə gətirirlər.

Zərdüşt Əlizadə:


«İÇKİYƏ ALUDƏ OLAN İNSAN ARAQDAN ƏL ÇƏKƏ BİLMƏDİYİ KİMİ, HAKİMİYYƏT DƏ RÜŞVƏTDƏN ƏL ÇƏKƏSİ DEYİL...»

- Mən 2011-ci ildə Azərbaycanda əvvəlki illərdən fərqli heç nə gözləmirəm. Düşünmürəm ki, Azərbaycanın köklü problemləri bu il öz həllini tapacaq. Bircə bundan əminəm ki, bu il də neft daşınacaq, satılacaq və ölkəyə böyük pullar gələcək. Azərbaycanın maliyyə imkanları artacaq. Ancaq necə deyərlər içkiyə aludə olan insan araqdan əl çəkə bilmədiyi kimi, hakimiyyət də rüşvətdən əl çəkəsi deyil. Bu il də böyük infrastruktur layihələrində ölkəyə gələn böyük neft pulları tarı-mar ediləcək...

Eldar Namazov:

ŞAHIN İRANI...

- Mən təkrarçılığa yol vermək istəmirəm. Sadəcə, «niyə görə hər il vəziyyət dəyişmir» sualına cavab verməyə çalışacam. Bu ona görədir ki, ölkədə bir sistem qurulub. Bu sistem korrupsiyanın, insan hüquqlarının pozulmasının üstündə bərqərar olunub. Bu sistem ölkəni başqa cür idarə edə bilməz. Nə qədər ki, ölkədə sistem dəyişməyib, vəziyyət də dəyişməyəcək. Azərbaycanda demokratiya bərqərar olmayınca, biz yeniliklərin şahidi olmayacağıq. Əslində, ölkədə getdikcə narazılıqlar artmaqdadır. Sadəcə, Azərbaycanda dünyəvi müxalifət məhv edildiyindən meydan boş qalıb və səhnəni başqa qüvvələr tutası olacaq. Rusiyada da belədir. Orada səhnəni getdikcə millətçi, şovinist, neofaşist qüvvələr tutmaqdadır. Azərbaycanda isə oxşar proseslərdə önə çıxan qüvvə siyasi İslamdır .Ona görə biz 2011-ci ilin sakit keçəcəyini düşünməməliyik.
Eldar Namazov
2011-ci ilə kifayət qədər gərgin və təhlükəli siyasi proseslərin cərəyan edəcəyi bir il kimi baxmalıyıq. Bu siyasət davam etsə, Azərbaycanın taleyini Şahın dövründəki İranın taleyi gözləyə bilər...

Zərdüşt Əlizadə:

«RUSİYANIN İSTƏYİ İLƏ ÇİRKİN OYUN OYNAYIRLAR»


- Mən Eldar bəylə razıyam. Ancaq bir şey əlavə etmək istəyirəm. Mən şəxsən ictimai sahədə heç nə gözləmirəm. Nəsə baş versə, bu da xarici qüvvələrin təhriki ilə Qarabağ münaqişəsi ətrafında baş verə bilər. Tərəfləri ya müharibəyə, ya da sülhə sürükləyə bilərlər. Yadınızda saxlayın ki, zəif və uzaqgörən olmayan ölkələri onların iradəsindən kənar hansısa icbari sülh variantlarına sürükləyə bilərlər. Bunun üçün Deyton variantı var, Kosovo variantı var. Bunu Azərbaycan və Ermənistan rəhbərliyi dərk etmir və ona görə dirəniblər. Rusiyanın istəyi ilə çirkin oyun oynayırlar.

Eldar Namazov:


«DANIŞIQLAR DALANA DİRƏNİB...»

- Əslində rəsmi danışıqlar dalana dirənib. Ona görə ki, iki əsas prinsip hələ də razılaşdırılmayıb. Bu, Azərbaycanın ərazi bütövlüyü və öz müqəddəratını təyin etmədir. Bu prinsiplər bir-birinə tamamilə zidd prinsiplərdir. Bunu da bir-biri ilə uzlaşdırmaq qeyri mümkündür...

Şərhləri göstər

XS
SM
MD
LG