Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:40

Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər naziriləri yanvarda görüşəcəklər


Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri yanvarda görüşüb Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

“Vesti 24” telekanalına müsahibəsində Lavrov deyib ki, nazirlər daha bir dəfə görüşüb sülh danışıqlarını necə inkişaf etdirməyin mümkünlüyü barədə öz prezidentlərinə məlumat verəcəklər.

Lavrov Dnestryanı ilə bağlı da beynəlxalq vasitəçilərin toplaşacaqlarını bildirib. Onun sözlərinə görə Moldovada hakimiyyət orqanları tam formalaşandan sonra vasitəçilər toplaşıb bu münaqişənin həlli istiqamətində müzakirələri davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG