Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:57

Estoniya avrozonaya daxil olur


Estoniya yeni ilin ilk günündən avro pul vahidi işlədən 17-ci ölkə olur. Bu gecə saat 12-dən 1.3 milyon əhalisi olan Estoniyada milli valyuta – krunu avro əvəz edir.

Estoniyanın mərkəz-sağçı hökuməti bu qərarla ölkəyə daha çox sərmayə cəlb olunacağına inandığını bildirir.

Amma son vaxtlar Yunanıstan, İrlandiya kimi ölkələrin üzləşdikləri kəskin borc probleminə görə avronun qiyməti düşüb. Buna görə Estoniyada əhalinin yalnız yarısı hökumətin avrozonaya girmək qərarını müdafiə edir.

Estoniya Sloveniya və Slovakiyadan sonra avrozonaya daxil olan üçüncü keçmiş kommunist ölkəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG