Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Milli Parkda atəşfəşanlıq olacaq


Bu gün Azərbaycanda Yeni təqvim ili ilə yanaşı həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilir. Həmrəylik bayramının əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub. Həmin vaxt o taylı bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı. Sonradan həmin tarix Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmi bayramlar sırasına daxil edildi.

Bakıda bu bayramlar münasibətilə Şəhər İcra Hakimiyyəti dənizkənarı Milli Parkda gecə saatlarında atəşfəşanlıq keçirəcək. Dənizkənarı Bulvar İdarəsi də Milli Park ərazisində Milad bayramının əsas simvollarından olan 11 süni şam ağacı bəzədildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG