Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:45

Timoşenko 10 saat dindirilib


Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko Kiyev prokurorluğuna çağırılaraq 10 saat dindirilib. Dindirmə dünən gecə yarısına qədər davam edib. Müstəntiqlər keçmiş Baş nazirin vəzifədən sui-istifadə və dövlət büdcəsinin düzgün xərclənməməsi ittihamı üzrə araşdırma apardıqlarını deyiblər.

Timoşenko isə ekoloji layihələrə ayrılan büdcəni kəskin ehtiyac olduğundan pensiyaların ödənilməsinə yönəltdiyini, başqa bir qanun pozuntusuna yol vermədiyini deyir.

Yuliya Timoşenko 2004-cü ildə Ukraynada baş vermiş Narıncı İnqilabın əsas fiqurlarından biridir. Keçən il prezident seçkisində indiki prezident Viktor Yanukoviçə uduzub. Bu yaxınlarda Timoşenkonun hökumətindəki bir neçə başqa nazir, o cümlədən Daxili İşlər naziri də həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG