Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Rusiya Xodorkovskiyə görə beynəlxalq tənqidlərlə üzləşib


ABŞ-da yerləşən beynəlxalq insan haqlarını müdafiə təşkilatı – Human Rights Watch da Xodorkovskinin cəza müddətinin daha altı il uzadılmasını pisləyib. Təşkilat Moskva məhkəməsinin dekabrın 30-da elan etdiyi həmin hökmü “Rusiyada qanunun aliliyinə zərbə” adlandırıb.

Dünən ABŞ, Almaniya, Avropa Birliyi rəsmiləri də Xodorkovski barədə qərarə pisləyiblər.

Dekabrın 30-da Mixail Xadarkovski və Platon Lebedev 13 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Hakim onları öz şirkətlərindən neft oğurluğunda ittiham edib.

Mixail Xadarkovski 2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi. Yaxınlarda onun cəza müddəti başa çatırdı. Hakimin bu gün elan etdiyi hökmlə birlikdə indi Xadarkovski 2017-ci ilə qədər həbsdə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG