Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

Dünya yeni il şənliklərinə hazırlaşır


Asiya şəhərlərində minlərlə adam yeni təqvim ilini qarşılamaq üçün küçə və meydanlara toplaşır.

Sidneydə keçirilən şənliklər indiyə qədərki ən bahalı belə mərasim hesab edilir. Harbor Körpüsü boyunca quraşdırılan minlərlə ekranda şənliklər nümayiş olunur.

Əyləncə həvəskarları Çində, Yaponiyada, Cənubi Koreya da gecə boyu davam edəcək şənliklərə hazırlaşırlar.

Amma Myanmanın (Birma) hərbi rəhbərliyi yeni ilə mərasimlərində atəşfəşanlığı qadağan edib. Belə mərasimlər üçün partlayıcılar satanlar cəzalandırlır.

Qərbdə də 2011-ci ili qarşılamaq üçün böyük şənliklər planlaşdırlır. New Yorkda Times meydanında keçiriləcək ənənəvi şənliklərə 1 milyon insanın qatılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG