Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Qərbdə Xodorkovskinin cəza müddətinin uzadılmasından narahat olublar


ABŞ Dövlət Departamentini keçmiş YUKOS neft şirkətinin rəhbəri Mixail Xodorkovski və onun ortağı Platon Lebedevin azadlıqdan məhrum etmə müddətinin daha altı il uzadılmasından narahat olduğunu bildirib. Dövlət Departamenti yaydığı bəyanatında dekabrın 30-da elan olunan yeni məhkəmə hökmünü hüquqi sistemdən sui-istifadə adlandırıb.

Berlində Almaniya kansleri Angela Merkel bildirib ki, bugünkü qərar məhkəmədən siyasi məqsədlərlə istifadə edildiyini göstərib.

Avropa Parlamentinin prezidenti isə deyir ki, Xodorkovski haqqında çıxarılan qərar Rusiyanın məhkəmə sistemində hələ çox ciddi islahatlara ehtiyac olduğunu nümayiş etdirir.

Dekabrın 30-da Mixail Xadarkovski və Platon Lebedev 13 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Hakim onları öz şirkətlərindən neft oğurluğunda ittiham edib.

Mixail Xadarkovski 2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi. Yaxınlarda onun cəza müddəti başa çatırdı. Hakimin bu gün elan etdiyi hökmlə birlikdə indi Xadarkovski 2017-ci ilə qədər həbsdə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG