Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

ABŞ-ın erməni icması məyus olub


Amerika Erməni Milli Komitəsinin rəhbəri Aram Hamparyan ABŞ prezidentinin M Metyu Brayzanı Bakı səfir göndərmək qərarından məyus olduqlarını deyir. O, AzadliqRadiosuna müsahibəsində bildirib bildirib ki, səfirin bu şəkildə təyinatı onun Azərbaycanda ABŞ-ı legitim və etibarlı təmsil etməsinə kölgə salır:

“Səfirin olmamasından ABŞ Azərbaycanla bağlı problemi bağlamaq, Bakının yeni müharibə hədələrini dayandırmaq üçün bir fürsət kimi istifadə etməli idi. Amma əvəzində Azərbaycana belə bir adamı göndərməklə ABŞ siyasəti daha dərin problemə girir. Bu, ABŞ-ın regiondakı maraqları və dəyərləri üçün çox təəssüfləndirici vəziyyətdir” -deyə Hamparyan bildirib.

Azərbaycanin Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə deyib ki, əvvəlki bəyanatlarında səsləndiyi kimi Bakı ABŞ-ın yeni səfiri ilə işləməyə hazırdır.

Hakim YAP-nın İcra Katibi Əli Əhmədov da bildirib ki, ABŞ prezidentinin bu qərarını bəyəniblər. Amma YAP Vaşinqtondan Qarabağ probleminin həllində Bakıya daha yaxından kömək gözləyir.

ABŞ prezidenti Barak Obama dekabrın 29-da M. Brayzanı Azərbaycana səfir göndərib. Prezident onun namizədliyini mayın 26-da irəli sürmüşdü. Amma lobbisinin mövqeyini müdafiə edən senatorlar Brayzanın səfir kimi təsdiqinə imkan vermirdilər. Həmin senatorlar Metyu Brayzanı xanımının Türkiyə əslli olmasına görə Bakı ilə yaxınlıqda ittiham edirdilər.

Ağ evdən deyiblər ki, Senat tətildə olanda Konstitusiya prezidentə səfiri onun təsdiqi olmadan da təyin etmək hüququ verir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə belə vəziyyətdə səfirlər bir illik müddətə təyin edilirlər. Bundan sonra ya yeni namizədi, ya da əvvəlki səfiri normal prosesudrlara uyğun olaraq Senat üç illiyə təsdiqləməlidir.

Yəni, Metyyu Brayza hələlik bir illik müddət üçün Azərbaycanda səfirdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG