Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:24

23 qəzetə 596 min manat yardım ayırılıb


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda KİV-in 2011-ci il üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihələr müzakirə olunub. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə ümumilikdə 23 layihə təqdim edilib.

İclasda təqdim olunan layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Ümumilikdə Fond tərəfindən 2011-ci ilin 6 ayı üçün “Kaspi”, “Mövqe”, “Səs”, “Yeni Müsavat” və “Yeni Azərbaycan” qəzetlərinə 40 min manat, “Ayna-Zerkalo”, “Azadlıq” qəzeti, “Bakı-Xəbər”, “Ədalət”, “Həftə içi”, “Xalq Cəbhəsi”, “Olaylar”, “Paritet”, “Palitra” və “525-ci qəzet”ə 30 min manat, “Şərq” qəzetinə 25 min manat, “Futbol+qol” və “Paralel” qəzetlərinə 20 min manat, “Oxu Məni” qəzetinə 10 min manat, “AzerNEWS” qəzetinə 6 min manat, “Olimpiya dünyası”, “Reytinq” və “İqtisadiyyat” qəzetinin hərəsinə isə 5 min manat maliyyə yardımı ayrılıb.

Ümumilikdə 23 qəzetə Fond tərəfindən 596 min manat yardım ayrılıb.

Dekabrın 29-da isə prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilib. RUH Jurnalistlərin Müdafiə Komitəsi prezidenti “Jurnalistlərin dostu” elan edib.
XS
SM
MD
LG