Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

“Metyu Brayza ən azı bir il müddətində Azərbaycanda səfir olacaq”


ABŞ-ın Bakıdakı səfirliyi Metyu Brayzanın Azərbaycana yeni səfir təyin olunmasına münasibət bildirib.

Səfirliyin mətbuat katibi Kis Bin “Media forum” saytına açıqlamasında deyib ki, səfir vəzifəsinə namizədləri ABŞ prezidenti irəli sürür, Senat isə onların namizədliklərini təsdiq etməlidir:

“Prezident bu şəxsləri səfir təyin etməmişdən əvvəl Senat onların namizədliklərini təsdiqləməlidir. Bununla belə, ABŞ Konstitusiyasında bu proseslə bağlı istisnalar var. Belə ki, Senat tətildə olanda prezident səfir vəzifəsinə irəli sürdüyü namizədi vəzifəyə təyin edə bilər. Bu da müvəqqəti təyinat adlanır”.

Mətbuat katibi deyib ki, bu təyinat Senatın növbəti sessiyası başlayanda qüvvəsini itirir. Bundan sonra səfir təyinatının prosedurası yenidən başlayır: “ABŞ prezidenti bu şəxsin və yaxud başqa bir adamın namizədliyini irəli sürür, Senatda təsdiq olunur və o, daimi səfir vəzifəsinə təyin edilir”.

Kis Bin qeyd edib ki, Metyu Brayza ən azı bir il müddətində Azərbaycanda səfir olacaq.

ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş təmsilçisi olan Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edib-etməyəcəyinə gəlincə, Kis Bin deyib:

“Metyu Brayza ABŞ-n Azərbaycana səfiri təyin olunub. Səfir Robert Bradtke ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədridir. O, Minsk qrupunun proseslərində ABŞ tərəfindən fəaliyyət göstərən əsas şəxsdir”.
XS
SM
MD
LG