Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Polis Məhəmməd peğəmbərə karikatura çəkənlərə hücumun qarşısını aldığını bildirir


Danimarka və İsveç dekabrın 29-da Məhəmməd Peyğəmbərə karikatura çəkənlərə hücumun qarşısını aldığını bildirib. Polis çərşənbə axşamı Kopenhagendə karikaturaları çap edən qəzetin redaksiyasına hücum edən dörd nəfəri saxlayıb.Saxlananlardan üçü tunisli, biri isveçli, biri Livan əslli İsveç vətəndaşı, biri isə Danimarkadan siyasi sığınacaq istəyən İraq vətəndaşıdır.

Polis bu hadisə ilə bağlı daha bir neçə adamın da həbsinin mümkün olduğunu bildirir.

Polis bu adamların silahlanaraq karikaturaları çap etmiş "Jyllands-Posten" qəzetinin redaksiyasına girərək əməkdaşları öldürməyi planlaşdırdıqlarını deyir.

Dekabrın 30-da məhkəmə saxlananlardan üçün həbs müddətinin uzadılması barədə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG