Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

İsrailin keçmiş prezidenti zorlamada suçlu sayılıb


İsraildə məhkəmə keçmiş prezident Moşe Katsavı zorlama və başqa seksual xarakterli cinayətlərdə suçlu bilib. Bu ittihamlarla 65 yaşlı keçmiş prezidenti azı dörd il azadlıqdan məhrumetmə cəzası gözləyir. Amma ittihamlarda 16 illik ən yuxarı azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.

İttihama görə keçmiş prezident qadın yardımçılarından birini iki dəfə zorlayılb, iki yardımçısını isə seksə təhrik edib.

Moşe Katsav özü ittihamları rədd edir. 2000-ci ildə hakimiyyət başına gəlmiş prezident Katsav 2007-ci ildə zorlama ittihamları ilə istefaya məcbur edilib. Onu indiki prezident Şimon Peres əvəz edib

Günün bütün mövzuları

XS
SM
MD
LG