Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Ombudsmanın vəsatəti əsasında kimi 326 məhkum əfv olunub



Ombudsman Aparatı fəaliyyətə başlayandan bu günə kimi 326 məhkum qurumun vəsatəti nəticəsində əfv olunub. APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sonun əfv sərəncamında adı olan şəxslərdən 7-nin əfv olunması üçün Ombudsman Aparatı vəsatət verib.
E. Süleymanova Azərbaycanın cəzaçəkmə müəssisələrində işgəncə faktlarının azaldığını deyib. Əvvəllər yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisdə 70 nəfərin cəza çəkdiyini xatırladan Ombudsman, indi onların sayının 32 olduğunu bildirib.

E. Süleymanova qeyd edib ki, məhkəmələrdə yeniyetmə məhkumların cəzalarının yüngülləşdirilməsi ilə bağlı işlərə də baxılır. Ombudsman, həmçinin cəzaçəkmə müəssisələrində dini ibadət yerlərinin açılmasına şərait yaradıldığını da deyib.
XS
SM
MD
LG