Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:58

Əli Əhmədov Metyu Brayzanın təyinatına münasibət bildirib


“Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün belə addımın atılması və gözlənilən qərarın qəbulu tamamilə normaldır”.

Bunu dekabrın 30-da Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri təyin edilməsinə münasibət açıqlayan Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov belə deyib.
O, hesab edir ki, bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı üçün ən çox gözlənilən məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizama salınmasına ABŞ-ın kömək etməsidir:

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu indiyə qədər fəaliyyət göstərib, amma bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmayıb. Təbii ki, bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın üzərinə düşür.

Minsk qrupu lazımı nəticələr çıxarmalıdır. Yeni səfirdən ən birinci gözləntimiz ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına töhfə verməsidir”. /Mediaforum/
XS
SM
MD
LG