Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

“2011-ci ildə diasporanı mühüm hadisələr gözləyir”


“Dünya azərbaycanlılarının üçüncü qurultayı martın birinci yarısında keçiriləcək. 2011-ci ildə Azərbtyacanın diaspora həyatında çox mühüm hadisələr gözləyir. Yəqin ki, Dünya Azərbaycanlıları Gənclər Birliyinin yaradılması ideyası gerçəkləşəcək”.

Bunu dekabrın 30-da jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Komitə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

N. İbrahimov Metyu Brayzanın ABŞ-ın Azərbaycana səfir təyin edilməsi üçün diasporun gördüyü işlərdən də danışıb:

“Hər bir diaspordan, onların imkanlarından yüksək nəyi isə gözləmək düzgün deyil. Diaspor təşkilatın imkanı çatdığı qədər onlar ABŞ-ın Azərbaycana səfir təyin etmə məsələsində bütün müvafiq dövlət qurumları və s. müraciətlər etmişdilər. Əlbəttə, bu istəkdən yuxarı gedə bilməz. Diaspor təşkilatlardan biz normadan artıq şey gözləməməliyik”.

Komitə sədri bildirdi ki, dünyada olan Azərbaycan diasporu inkişaf edir, “daha keyfiyyətli iş mərhələsinə qədəm qoyub. Yeni iş metodlarını öyrəniblər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG