Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

Mərkəzi Bank bəyanat yayıb


Mərkəzi Bank 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcək. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması bankın digər hədəfi olacaq.

Bəyanatda qeyd olunur ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatında artım və inkişaf prosesləri davam edib, dayanıqlı makroiqtisadi sabitlik hökm sürüb. Bütövlükdə, qlobal böhranın təsirləri aradan qaldırılıb. Ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənib, valyuta ehtiyatlarının əhəmiyyətli artımı baş verib.

Mərkəzi Bank bildirir ki, dünya iqtisadi böhranın təsirlərinin sovuşması fonunda Azərbaycanın xarici mövqeyində yaxşılaşma davam edib. Bu ilin 9 ayında bu əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69 faiz yüksələrək 12 milyard. dollara çatıb. Bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9,7 milyard dollardan çox artırıb. Qlobal böhranın neqativ təsirlərinin neytrallaşdırılması şəraitində iqtisadi artımın mənbələri daha da canlanmağa başlayıb. Nəticədə, ötən 11 ayda iqtisadi artım 4,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,9 faiz olub.
XS
SM
MD
LG