Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:06

Bayram günü hava yağışlı olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu tutqun keçəcəyi, ötən günlərə nisbətən temperaturun aşağı enəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur.

Cənub-qərb, cənub küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq kəskin dəyişiləcəyi, yağıntılı olacağı ehtimal olunur. Şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcəyi, gündüz 9-13 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək yüksələcəyi, gündüz 7-10 dərəcə olacağı gözlənilir.
XS
SM
MD
LG