Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Əfv edilən məhkumların azad edilməsi prosesi başlayıb


Prezident İlham Əliyevin sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 71 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.

Bir nəfər şərti, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 15 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.

Sərəncamla həmçinin cərimə cəzasına məhkum edilmiş 5 nəfər də əfv edilir.

Əfv edilənlər arasında 4 Banqladeş, 2 Əfqanıstan və 2 Pakistan vətəndaşı var.

Əfvdə həbsdə olan jurnalist Eynulla Fətullayevin və siyasi məhbus sayılan Ruslan Bəşirlinin adı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG