Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33

Metyu Brayza Azərbaycanda səfir oldu



Prezident Barak Obama Metyu Brayzanı (Matthew Bryza) Azərbaycana səfir təyin edib. Ağ ev bunu çərşınbə günü elan edib. Obama Azərbaycandan başqa daha 3 ölkəyə - Çexiya, Suriya və Türkiyəyə də səfir təyin edib.

Ağ evdən bildirilir ki, Senat tətildə olanda konstitusiya prezindentə səfiri birbaşa təyin etmək hüququ verilir.

Prezident Obama Brayzanın səfir postuna namizədliyini mayın 26-da irəli sürmüşdü. Amma Senat indiyə kimi onun namizədliyini təsdiqləməmişdi.

Brayza 1988-ci ildən diplomatik fəaliyyətdədir. Onun son fəaliyyəti Cənubi Qafqazla, Azərbaycanla bağlı olub. Belə ki, 2006-cı ildən ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub, daha sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.
XS
SM
MD
LG