Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:13

Polşa Belarus vətəndaşlarına qarşı viza haqqını ləğv edir


Polşa gələn il yanvarın 1-dən Belarus vətəndaşları üçün viza haqqını ləğv edir.

Bundan başqa Polşanın hakim dairələri Belarusdakı ictimai təşkilatlar və müstəqil kütləvi informasiya vasitələrinə il ərzində 10 milyon avro yardım ayırmaq qərarına gəlib.

Eyni zamanda Varşava Belarusda keçirilmiş prezident seçkisindən sonra repressiyalara görə cavabdehlik daşıyan belaruslu məmurların ölkəyə buraxılmamasını nəzərdən keçirir.

Hazırda həmin şəxslərin siyahısı hazırlanır.
XS
SM
MD
LG