Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

Əfv sərəncamı imzalandı


71 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir

71 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir

Dekabrın 29-da prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Əfvdə həbsdə olan jurnalist Eynulla Fətullayevin və siyasi məhbus sayılan Ruslan Bəşirlinin adı yoxdur.

Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 71 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir. Bir nəfər şərti, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 15 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.

Sərəncamla həmçinin cərimə cəzasına məhkum edilmiş 5 nəfər də əfv edilir.

«Hüquq müdafiəçilərin siyahısında olan 20 siyasi məhbusdan heç biri əfv olunmayıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Hüquq Müdafiəçilərinin Monitorinq Mərkəzinin üzvü Səidə Qocamanlı deyib:

«Biz ümid bəsləyirdik ki, ən azından Eynulla Fətullayev azadlığa çıxacaq. Əfv edilənləri təbrik edirik, amma bizim siyahımızda olan 20 siyasi məhbusdan heç birinin əfv olunmaması bizi çox kədərləndirir».

ƏFVƏ DÜŞƏNLƏRİN TAM SİYAHISI

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG