Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:16

Baş Prokurorluq «Vaşinqton Post»da yazılanları təkzib edir


Azərbaycanın Baş Prokurorluğu Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Con Elvisin qəsdən öldürülməsi faktı ilə bağlı «Vaşinqton Post» qəzetində dərc olunmuş yazıya dekabrın 29-da münasibət bildirib. Baş Prokurorluq yazılanları həqiqət hesab eləmir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, istintaqın təkzibedilməz dəlilləri ilə Con Elvisin siyasi və əmək fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi öz təsdiqini tapmayıb.

Məlumatda bildirilir ki, hadisənin onun qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə intim əlaqələri zəminində baş verməsi ehtimalı daha yüksək olduğu halda, bunlardan sanki xəbərsiz olan Piter Van Praq öz məqaləsində həmin faktları qərəzli şəkildə təhrif edərək, oxucu kütləsinə onun guya demokratik qüvvələrlə sıx əməkdaşlığına görə öldürülməsi kimi çatdırmağa cəhd edir.

Baş Prokurorluq bu qətllə bağlı geniş miqyaslı istintaq-əməliyyat tədbirləri həyata keçirildiyini, 1500 nəfərin əl-barmaq izlərinin götürüldüyünü, 36 ekspertiza təyin edilərək müvafiq rəylər alındığı bildirir. Məlumatda o da qeyd olunur ki, Con Elvisin qəsdən öldürülməsi faktına görə şübhəli şəxs qismində tutulan olmayıb, hər hansı şəxsə ittiham elan edilməyib, cinayət işi Baş prokurorun əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən öyrənilib və verilmiş göstərişlərin tam həcmdə icrası təmin olunub.

Məlumatda həmçinin deyilir ki, cinayətdə iştirakı ehtimal olunan şəxslərin əl-barmaq izləri ekspertiza tədqiqatından keçirilib və qan nümunələri tədqiq olunması üçün ABŞ-ın Federal Təhlükəsizlik Bürosuna göndərilib.

ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri olmuş Piter Van Praqın «Vaşinqton Post» qəzetinin 26 dekabr 2010-cu il tarixli sayında «Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır» başlıqlı yazısı dərc edilib.

Yazıda 2000-ci ildə Azərbaycan parlamentinə keçirilən seçkilərdən sonra sıradan çıxarılan müxalifətin mübariz qüvvələri ilə sıx əməkdaşlıq etdiyinə görə Elvis Con Mayklın seçkilərdən dörd həftə sonra Bakıdakı mənzilində qətlə yetirildiyi, həmçinin ABŞ Federal Təhqiqatlar Bürosunun cinayət işinin istintaqından narazı olması barədə məlumatlar yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG