Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:20

İsa Qəmbər: “Namizədliyimi irəli sürməyəcəm”


“Partiya nizamnaməsinə sədr seçkiləri ilə bağlı dəyişiklik edilsə belə, mən namizədliyimi irəli sürməyəcəm”.

Bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirb ki, 2001-ci ildə partiya nizamnaməsinə iki dəfədən artıq sədr seçilməklə bağlı məhdudiyyəti özü təklif edib və heç vaxt irəli sürdüyü təklifin əleyhinə getmək fikri yoxdur.

“Partiya başqanlığına kimi layiq görür” sualına İsa Qəmbər konkret cavab verməyib.

Müsavat başqanı həm də 2010-cu ilin ən pis, ən yaxşı hadisələrinə toxunub. Onun bildirməsinə görə, ilin ən pis hadisəsi parlament seçkiləri, ən yaxşı hadisəsi isə müxalifət partiyalarının, ictimai qurumların və sabiq deputatların birgə yaratdığı İctimai Palata olub.

Bundan başqa, Müsavat başqanı “RUH” Jurnalistləri Müdafiə Təşkilatının 2001-ci ildə ona verdiyi mükafatdan imtina etdiyini bildirb və mükafatın geri qaytarılması ilə bağlı partiya nümayəndələrinə göstəriş verdiyini deyib.
XS
SM
MD
LG