Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Təhsil naziri iranlı ayətullaya cavab verdi



“Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin”.

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran ruhanisi, ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Nazir deyib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir.

Bir neçə gün əvvəl ayətullah Nasir Məkarim Şirazi bildirmişdi ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunması vacibdir. O demişdi ki, Azərbaycan əhalisi düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG