Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56

Zaqatala dağları yanır


Zaqatala dağlarında yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə İdarəsinin rəis əvəzi Hüseyn Şıxıyev məlumat verib.

Onun sözlərinə görə, yanğın Zaqatalanın Sabunçu kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 metr hündürlükdə, Cuma Hacı zirvəsində meydana gəlib.
Həmin ərazi sıldırım qayalıqdan ibarət olduğundan yanğın baş verən ərazini nəzarətə götürmək mümkün deyil.

Yanğın 15 hektar ərazini əhatə edir. H. Şıxıyev bildirib ki, hazırda rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yerli sakinlər yanğını söndürmək yollarını axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG