Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50
2010-cu il o qədər elmi kəşflərlə yadda qaldı ki, hətta elmi-fantastika janrında yazanlar belə bu qədərini təsəvvür etməmişdi.

ATASI KOMPYUTER OLAN İLK SÜNİ HÜCEYRƏ

Bu ilin mayında ABŞ-da J.Craig Venter tamamilə insanların yaratdığı genlərin nəzarətində olan canlı süni hüceyrə yaratdıqlarını bəyan etdi:

«Bu, bizim planetimizdə atası kompyuter olan ilk çoxala bilən canlıdır. Bu həm də genetik kodunda öz web saytı yazılan ilk canlıdır».

Alimlər sözlərini sübut etmək üçün yeni bakteriya yaradıb, kompyuter faylında yazılan informasiyanı genetik sturuktura çevirib, bu genetik informasiyanı bakteriyaya yeridə bilidiklərini də nümayiş etdiriblər.

Bu nailiyyət ən çox canlı orqanizmlərdən yanacaq almaq və ya peyvənd hazırlamaq üçün istifadə etmək arzusunda olanlar tərəfindən bəyənildi.

İNSAN TOXUMALARI İÇİNDƏ YAŞAYA BİLƏN İLK MOLEKULYAR ROBOT

May ayında Brintaniyanın «Nature» jurnalı başqa bir sensasiyadan xəbər verdi. ABŞ alimləri mikroskopik ölçüdə, hörümçəyə bənzər çoxayaqlı molekulyar robot yaradıblar. İnsanların göndərdiyi siqnallarla idarə oluna bilən bu robota haçansa xəçəng hüceyrələrini öldürmək və ya arteriyaları lazımsız toxumalardan təmizləmək əmri vermək
Kaliforniyada Mono gölü
mümkün olacaq.

4 milyardda bir metr uzunluğunda olan bu zülaldan düzələn canlıya «hərəkət elə», «dayan», «dön» əmrlərini icra etdirmək olur. Kimyəvi siqnallarla hərəkət eən bu robot nə az, nə çox - 50 addım ata bilir.

BAŞQA PLANETLƏRDƏ HƏYAT

Dekabrın əvvəlində ABŞ Aerokosmik Agentliyi - NASA başqa planetlərdə həyat axtarışlarıyla bağlı çox mühüm bir elmi kəşflə əlaqədar mətbuat konfransı keçirəcəklərini elan etdi.

Konfransda, NASA hansısa planetdən yox, elə Yerdə, Kaliforniyada bir göldən tapdıqları bakteriyanı təqdim etdi. Bu bakteriyanın ən böyük özəlliyi odur ki, o, digər canlılar üçün zəhər olan arseniumun (mərgümüş) içində yaşaya bilir. Nəinki yaşayır, hətta arsenium bu bakteriyanın DNT-sinin, genetik kodunun bir parçasını təşkil edir.

NASA alimləri deyir ki, bu kəşf göstərir ki, başqa planetlərdə həyat tam gözlənilməz şəraitlərdə, heç də bizim bu günə kimi düşündüyümüz formalarda və ya elementlərdən ibarət olmaya bilər.

KAİNATIN YARADILIŞININ SİRRİ – BÖYÜK PARTLAYIŞ

10 milyard dollara qurulan yeraltı poliqon
Bəzi alimlər göydə həyat axtarmaqda olsun, digərləri də elə yaşadığımız kainatın yaranma sirrlərini açmağa çalışır. 2010-cu ilin yanvarında Fransa və İsveçrə sərhədindəki 10 milyard dollara qurulan yeraltı poliqonlardan birində indiyə qədər misli görünməyən bir eksperiment aparıldı.

Alimlər bu eksperimentə, kainatın yaranmasının – Böyük Partlayışın imitasiyasına uzun ilərdi ki, hazırlıq aparırdılar. Eksperiment zamanı milyonlarla zərrəciklər inanılmaz sürətlərlə toqquşduruldu. Fiziklər ilk dəfə olaraq bu günə kimi ancaq fərziyyələrdə adını eşitdikləri antimaddənin zərrəciklərini əldə edə bildilər.

Alimlər əmindirlər ki, əldə etdikləri nailiyyətlər onlara imkan verəcək ki, artıq gələn il kainatda indi bildiyimizdən çox fərqli ölçülərin movcudluğunu sübut etsinlər.

AİDS-HİV-İN DƏRMANI

Bu arada həkimlər də 2010-cu ildə AİDS-HİV virusuna yoluxma şansını azaldan preparat kəşf etdilər. Cənubi Afrikadakı sınaqlar göstərib ki, bu gelin, kremin köməyi ilə HİV virusuna yoluxmaq riskini azaltmaq olur.

ASPİRİNDƏN DAHA BİR MÖCÜZƏ

Böyük Britaniya alimləri isə 2010-cu ildə hamının bildiyi aspirin dərmanının daha bir keyfiyyətini ortaya çıxarıb. Alimlərin iddiasına görə, hər gün kiçik dozlarla, az miqdarda qəbul edilən aspirin müxtəlif tipli xərçəng xəstəliklərinə yoluxma riskini azaldırmış.

Şərhləri göstər

XS
SM
MD
LG