Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:10

Vidadi İsgəndərov prokurorluqda dindirilib


7 noyabr parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olmuş Vidadi İsgəndərov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Vidadi İsgəndərov AzadlıqRadiosuna bildirib ki, dindirmə dekabrın 28-də keçirilib və 3 saat yarım çəkib. Dindirmə zamanı ona hər hansı təzyiq göstərilməyib: “Mən ifadəmdə cinayət törətmədiyimi, seçkilərin saxtalaşdırıldığını sübut etməyə çalışdım. Mənim əlimdə ciddi faktlar var”.

Dindirmə dekabrın 29-u saat 10-da davam edəcək.

Bu il noyabrın 30-da Baş Prokurorluq məlumat yayaraq bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olmuş Vidadi İsgəndərovun seçki günü səsvermə prosesinə müdaxiləsi, seçki qanunvericiliyini pozması ilə bağlı cinayət işi başlanıb. Bu addım 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat Baş Prokurorluqda araşdırıldıqdan sonra atılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG