Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20
«Vətənim Azərbaycana aid bir qəzəl, bir də «Ana» şeiri yazmışam. İlk qəzəlim və ilk şeirimdir ki, kitaba düşür, Penitensiar Xidmət, bir də 14 saylı cəza çəkmə müəssisəsinin rəisinə minnətdaram».

Dəyanət Allahverdiyev 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Deyir ki, 2008-ci ildə hərbi xidmətdə olarkən həbsə düşüb və 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Şeirə, qəzələ isə bundan çox-çox əvvəl, hələ uşaqlıqdan həvəs göstərirmiş. Ancaq heç vaxt ağlına gətirməyib ki, bir gün qəzəli və şeiri məhbusların şeirlər toplusunda çap olunacaq.

48 MƏHKUMUN 125 ŞEİRİ

Dekabrın 28-də «Avropa» hotelində məhkumların şeirlərindən ibarət «Zaman – ömürdür keçər» adlı kitabın təqdimatında Dəyanət Allahverdiyev də iştirak edirdi. Ümumiyyətlə, Penitensiar Xidmət kitab təqdimatında üç kişi və bir qadın məhkumun iştirakını təmin etmişdi. Məhkumların cəzaçəkmə müəssisəsindən çıxarılaraq azadlıqda, geniş kütlənin iştirakıyla keçirilən tədbirə gətirilməsi ölkənin həbsxana tarixində ilk dəfə
Məhbusların əl işləri
baş verirdi.

«Zaman ömürdür keçər» adlı kitabda 48 məhkum şairin 125 şeiri və 2 hekayəsi toplanıb. Şeirlərdə məhkumların vətən, Qarabağ, torpaq, ailə, övlad, məhəbbət haqqında hissləri önə çəkilir.

Sayca ikinci olan kitab Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin layihəsi əsasında çap olunub. Kitaba xalq şairi Fikrət Qoca rəy verib. Üz qabığındakı və içərisindəki şəkillərin də müəllifləri məhkumlardır.

BAXIR, HANSI MOTİVLİ KİTABLAR ÇAP OLUNUR


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, bir neçə ildir Penitensiar Xidmət dustaqların bədii yaradıcılıqlarından ibarət kitablar çap edir və bu, dustaqların arasında sağlam vərdişləri stimullaşdırmağa xidmət edir. Ancaq bəzən ictimai-siyasi motivlərlə yazılmış kitablar elə həbsxanadaca müsadirə olunur.

Qənimət Zahid
Necə ki, onun həbsdə olarkən yazdığı kitab Bayıldakı keçmiş 1 saylı istintaq təcridxanasında müsadirə olunmuşdu. Qənimət Zahid: «İctimai-siyasi ideyalarla yüklənmiş hər hansı kitabın həbsxanadan salamat çıxacağını təsəvvür eləmirəm».

QEYRİ-ADİ TƏDBİR


«Bu, qeyri-adi tədbirdir, çünki bu gün kitabda şeirləri çap olunmuş dörd məhkum bizim tədbirimizə qoşulub. Onlar öz məzuniyyət hüquqlarından istifadə ediblər və tədbirdə yanımızdadılar», - bunu isə ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin rəisi Nazim Ələkbərov deyir. Onun sözlərinə görə, indiyə qədər kitab təqdimetmə mərasimləri cəza çəkmə müəssisələrində keçirilirdi, ancaq bu dəfə Penitensiar Xidmət bir qədər irəli gedərək tədbiri daha diqqətçəkən edib.

Deputatların, beynəlxalq təşkilatların nümayəndələrinin, səfirlik təmsilçilərinin iştirak etdiyi tədbirdə məhkumların əl işlərindən ibarət sərgi təşkil olunmuşdu.

Tədbirdən sonra Penitensiar Xidmət İdarəsinin əməkdaşları dörd məhbusun dənizkənarı bulvara gəzintisini də təşkil edib. Gəzintidə məhbusları onların ailə üzvləri də müşayiət edib.

Şərhləri göstər

XS
SM
MD
LG