Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:07

Azərbaycanla Venesuela neft dəyişəcək


Venesuela prezidenti Huqo Çaves
Venesuela prezidenti Huqo Çaves
Azərbaycan Dövlət Neft Şirkəti – ARDNŞ dekabrın 27-də məlumat verib ki, Venesuela ilə neft dəyişməsinə dair razılıq əldə edib.

Razılaşmaya görə Azərbhaycan Venesuelanın əvəzinə 2011-ci ilin əvvəlindən Belorusa ildə 5 milyon ton xam neft verəcək. Venesuela isə eyni həcmdə nefti Azərbaycanın əvəzinə ABŞ-a verəcək. Beləliklə, Azərbaycan ABŞ-a, Venesuela isə Belorusa neft satmış olacaq.
Rövnəq Abdullayev

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, Belorusa çatası nefti Ukrayna - Odessa-Brodı kəməri vasitəsilə Belorusa çatdıracaqlar. Venesuela da Azərbaycanın əvəzinə tankerlərlə nefti ABŞ-a verəcək.

Venesuela prezidenti Huqo Çaves bu ilin oktyabrında Belorusa səfərində bildirib ki, 2011-2013-cü illərdə Minskə 30 milyon ton neft satacaqlar. O, üç illik neft təchizatı müqaviləsinin təxminən 19.4 milyard dollar olacağını deyirdi.

Venesuelanın neft naziri Rafael Ramirez də bildirib ki, onlar gələn il Belorusa neft təchizatını 150 faiz artıra bilərlər.

A.Lukaşenko (solda) Venesuelada həmkarı H.Çaveslə, 16 mart 2010
Minsk keçən ay Moskva ilə neft ixracına dair razılaşma əldə etməsinə baxmayaraq, Rusiyadan enerji asılılığını mümkün qədər azaltmağa çalışır.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev də bazar ertəsi jurnalistlərə deyib ki, onun keçən ay Asiya ölkələrinə səfəri nəticəsində Azərbaycanın Azəri Light markalı neftinin Çin və Tayvana da satılması razılaşdırlıb.

Reuters agentliyinin məlumatına görə Azərbaycan 2010-cu ilin ümumi yekunlarına görə neft hasialtını 52 milyon tona çatdırmağı planlaşdırır. Bakı öz neftini beş limandan dünyaya çıxarır. Bunlar Rusiyanın Qara Dənizdəki Novorossiysk limanı, Gürcüstanın Supsa, Batumi və Kulevi limanları və Türkiyənin Ceyhan limanıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG