Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54

4 qadın məhbus əfv ediləcək


“Biz adətən əfv fərmanlarında qadınların adlarına rast gəlmirik. Çünki qadınlar adətən daha ağır cinayət hadisələri törədirlər. Bu dəfə isə təxminən dörd qadının adı əfv siyahısına salınıb”.

Bu jurnalistlərə barədə Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova deyib. Elmira Axundova bildirib ki, Əfv Komissiyasının siyahısı artıq prezidentə təqdim olunub. Onun sözlərinə görə, ola bilsin ki, siyahıya bir-iki nəfərin də adını prezident özü əlavə etsin.

“Yəqin ki, biz bu gün, ya da sabah əfv fərmanının imzalanacağını görəcəyik”, - Elmira Axundova əlavə edib.

Komissiya üzvünün sözlərinə görə, Komissiyanın əfv siyahısına əsasən məişət zəminində cinayət törədənlər, yol-nəqliyyat hadisələri törətdiyinə görə məhkum olunanlar, İnzibati Xətalar Məcəlləsini pozanlar daxildir.

Millət vəkili siyahıda xarici vətəndaşların da adlarının olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG