Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Qarışıq cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək


Şəkidə inşa olunan Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsinin 2011-ci ildə istifadəyə veriləcək. Bu barədə jurnalistlərə ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. O, bildirib ki, Bakı İstintaq Təcridxanasının yanında qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar üçün yeni cəzaçəkmə müəssisələrinin inşasını davam edir.

Nazim Ələkbərov 2011-ci ilin yayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vərəmli məhbusların müalicəsini nəzərdə tutan layihədən çıxacağından da danışıb:

“Onlar bu qərarlarını belə əsaslandırılar ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin maddi-texniki imkanları artıq müasir standartlara cavab verir, buna görə də vərəmli məhbusların müalicəsi ilə özümüz məşğul olmalıyıq”, - Nazim Ələkbərov bildirib.
XS
SM
MD
LG