Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56
Dekabrın 28-də Ali Məhkəmədə həbsdə olan jurnalist Eynulla Fətullayevin kasasiya şikayətinə baxıldı. Şikayət jurnalistin həbs olunması barədə Bakı Apelyasiya Məhkəməsinin 5 noyabr 2010-cu ildə çıxardığı həbs-qəti imkan tədbirinin ləğv edilməsi haqqında idi. Ancaq məhkəmə kasasiya şikayətini təmin etmədi.

Eynulla Fətullayevin vəkili Elçin Sadıqov bildirir ki, bu qərarla bir instansiya digər instansiyanın siyasi qərarını qüvvədə saxladı:

“Ali Məhkəmə siyasi sifarişə uyğun olaraq bizim şikayəti təmin etmədi, qərarı qüvvədə saxladı. Bu işlə bağlı biz artıq Avropa Məhkəməsinə şikayət hazırlamışıq”.

Bu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik maddə saxlamada təqsirli bilərək 2 il 6 ay azadlıqdan məhrum edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilmişdi. Noyabrın 5-də isə Bakı Apelyasiya Məhkəməsi jurnalist barəsində həbs-qəti imkan tədbiri seçmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG